Naməlum şəxs yoldan keçənlərin üzərinə kimyəvi maddə atıb – Polis onu axtarırbackend

Naməlum şəxs yoldan keçənlərin üzərinə kimyəvi maddə atıb – Polis onu axtarır

Londonun cənubunda naməlum şəxs yoldan keçənlərin üzərinə aşındırıcı kimyəvi maddə atıb. Hücum nəticəsində ikisi uşaq olmaqla azı 9 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Sky News yerli polisə istinadən yazır.

Qeyd olunur ki, çağırış üzrə gələn təcili tibbi yardım həkimləri qadına və iki uşağa ilkin yardım göstəriblər. İnsident nəticəsində üçü polis olmaqla ümumilikdə 8 nəfər xəstəxanaya yerləşdirilib. Onların yüngül xəsarətlər aldığı bildirilir.

Hüquq-mühafizə orqanları Londonun Klafam bölgəsində maddənin kimyəvi xüsusiyyətini araşdırır, eləcə də hücumda şübhəli bilinən şəxsi axtarır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*