Namiq Salahov vəfat etdi – FOTObackend

Namiq Salahov vəfat etdi - FOTO

Azərbaycanda bələdiyyə sədri vəfat edib.

KONKRET.az-ın əldə etdiyi xəbərə görə, Ağcabədi rayonu Sarıcalı, Taynaq və Poladlı kənd Bələdiyyəsinin sədri Namiq Salahov 64 yaşında dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Salahov Namiq Dostu oğlu  1961-cı il iyunun 26-da Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olub.

1977-ci ildə Sarıcalı kənd orta məktəbini bitirib. Ali təhsilini başa vurduqdan sonra – 1981-ci ilədək Sarıcalı kənd Mədəniyyət evinin direktoru işləyib.

1983-1988 illərdə Ağcabədi Rayon İstehlak Cəmiyyətində (RAYPO) çalışıb.

Azərbaycanda bələdiiyyələr yarandığı gündən Sarıcalı Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Son bir ildə Sarıcalı, Taynaq və Poladlı Bələdiyyəsinin (birləşdirilmiş bələdiyyə) sədri olub./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*