İnternat məktəbinin şagirdi imtahan günü öldübackend

İnternat məktəbinin şagirdi imtahan günü öldü

Bakıda 11-ci sinif şagirdi vəfat edib.

KONKRET.az “Bizim media”ya istinadən xəbər verir ki, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin 11-ci sinif şagirdi Fərhad Allahverdiyev martın 15-də dünyasını dəyişib.

Məktəbdən bildirilib ki, Fərhad Allahverdiyev həmin gün keçirilən buraxılış imtahanında iştirak etməli idi. Lakin bir müddət əvvəl onda şəkər xəstəliyi aşkarlandığından, imtahandan üç gün əvvəl səhhəti pisləşib və valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib.

Bakı Dəmiryolu Xəstəxanasında müalicə alan Fərhad Allahverdiyev elə imtahan günü xəstəxanada vəfat edib.

Qeyd olunub ki, mərhumun anası həmin təhsil müəssisəsində çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*