Narkokuryer qohumlar həbs edildilər – FOTObackend

Narkokuryer qohumlar həbs edildilər - FOTO

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər. Tədbirlərlə 47 yaşlı Ceyhun Həsənov və qohumu 27 yaşlı Hüseyn Cəfərov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri ümumilikdə 20 kiloqram marixuana və tiryək aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitələri maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

  • Narkokuryer qohumlar həbs edildilər - FOTO

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*