Narkotik çəkib özlərini öldürmək İSTƏDİLƏRbackend

Narkotik çəkib özlərini öldürmək İSTƏDİLƏR

Qubada narkotik çəkib özünü öldürmək istəyən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, Sumqayıt sakini S.Seyidova martın 12-də ögey bacısı R.Cəfərovanın Əmrah adlı şəxslə birlikdə Qubada olduqlarını deyib. O, Əmrahın özünü və qızı öldürmək istədiyini bildirib.

Polis əməkdaşları Ə.Ağazadə və R.Cəfərovanın yerini müyyən ediblər. Saxlanılan zaman onlar narkotik vasitənin təsiri altında olublar. Quba rayon məhkəməsinin qərarı ilə Ə.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs olunub, R.Cəfərova isə 400 manat cərimələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*