Narkotikə görə tutulub – Aysel birinci ərindən yazdıbackend

Narkotikə görə tutulub - Aysel birinci ərindən yazdı

Bloqçu Aysel Şükürün keçmiş əri Elşən Əsgərli həbs olunub.

KONKRET.az xəbər verir  ki, bu barədə özü məlumat yayıb.

O bildirib ki, E. Əsgərlinin saxlanılmasına səbəb narkotik istifadə etməsi olub:

“Bunu demək mənim üçün utancvericidir. Gecə bu xəbəri eşidəndə video çəkdim, paylaşa bilmədim. Mənə dedilər ki, o məlumatı verməli idin. Həm utandım, həm də pis oldum.

Uğurun atası avqust ayında üstümüzə hücum çəkmişdi, həmişəki kimi ağzına gələni danışmışdı. İllərdir mən bununla mübarizə aparıram, deyirəm ki, narkotik istifadəçisidir. Bir dəfə müalicə alıb, sağalıb. Avqustda Uğuru onunla görüşdürəndə anladım ki, yenidən aludə olub.

Təsəvvür edin, 19 yaşından onun həmin vəziyyətlərini görüb, canımı qurtarmışam. İndiyə qədər əl çəkmirdi. Dünən həbs olunub, 2 aylıq azadlıqdan məhrum edilib. Narkotik istifadə edib maşın idarə edəndə saxlanılıb. Bizim cinayət işimiz də davam edir. Üzləşmə olmuşdu, yenə təhqirlər səsləndirdi, Oqtay (Ayselin ikinci əri – red.) üçün ağzına gələni dedi, şərlər atdı.

Nə dediyini bilmirdi, mən də söylədim ki, sən yenə başlamısan? Gördüm ki, bunun gözü o deyil. Onunla evlənəndən başıma minbir bəlalar açıb. Canlı yayımlar açırdı, bəziləri yazırdılar ki, sən narkotik istifadəçisinə oxşamırsan. Halbuki mən sübutları ortaya qoymuşdum”.

A. Şükür əlavə edib ki, E. Əsgərli oğlu Uğurun alimentini də ödəmir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*