Narkotiki şüşə qablara yığıb, it damında gizlətdi – FOTObackend

Narkotiki şüşə qablara yığıb, it damında gizlətdi - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, rayonun Meşəşambul kənd sakini, əvvəllər də məhkum olunmuş Nurani Kahayevin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə polisə məlumat daxil olub.

Keçirilmiş tədbirlərlə şübhəli şəxs qismində saxlanılan N.Kahayevin üzərindən qurudulmuş marixuana aşkarlanıb. Yaşadığı ünvana baxış keçirilən zaman isə saxlanılan şəxsin narkotik vasitəni şüşə qablara yığıb, evin həyətindəki it damında gizlətdiyi müəyyən edilib.

O, ifadəsində kənar şəxslərin əlinə keçməməsi üçün narkotiki orada gizlətdiyini və vaxtaşırı istifadə etdiyini bildirib. Ümumilikdə 7 ədəd şüşə qabda olan qurudulmuş marixuana həmin yerdən götürülərək ekspertizaya təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*