NASA-nın Ayı tədqiq edəcək yeni peyki ilə əlaqə kəsildibackend

NASA-nın Ayı tədqiq edəcək yeni peyki ilə əlaqə kəsildi

NASA-nın Ayı öyrənmək üçün göndərdiyi CAPSTONE adlı kosmik gəmi ilə əlaqə kəsilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NASA sözçüsü Sarah Frazier açıqlamasında bildirib.

Frazier CAPSTONE-un orbitə yerləşməsi üçün kifayət qədər yanacağa sahib olduğunu qeyd edib.

Kosmik gəmi ilə əlaqənin nə zaman kəsildiyi məlum olmasa da, problemin yerin orbitindən çıxdıqdan sonra meydana gəldiyi təxmin edilir.

Bildirilir ki, “CubeSat” kateqoriyasına daxil olan peyk Noyabrın 13-də Aya çatacaq və məlumat toplamaq üçün ən azı 6 ay Ayın orbitdə qalacaq.

Qeyd edək ki, raket iyunun 28-də Yeni Zelandiyanın Mahia yarımadasındakı “Rocket Laboratory Launch Complex 1″dən buraxılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*