NATO-nun hərbi strukturunun 2024-cü il üçün büdcəsi 2023-cü illə müqayisədə 12% artaraq 2,03 milyard avroya, təşkilatın siyasi komponentinin büdcəsi 18,2% artaraq 438,1 milyon avroya çatıb.
KONKRET.az xəbər verir ki, bunu Şimali Atlantika Alyansından bildiriblər.
Təşkilatın büdcəsinin üçüncü əsas komponenti olan NATO Müdafiə İnvestisiya Proqramı, ayrı-ayrı üzv ölkələrə deyil, təşkilata məxsus komanda və idarəetmə obyektlərinin tikinti xərclərini özündə əks etdirən 1,3 milyard avro təşkil edəcək. Bu isə 30% artım deməkdir. Beləliklə, alyansın 2024-cü ildə büdcəsi təxminən 3,768 milyard avro olacaq. Hesablamalara görə isə NATO dövlətlərinin ümumi büdcəsi gələn il təxminən 1,264 trilyon dollar təşkil edəcək.
Vəli Həsənov
KONKRET.az