NATO-dan Avropa ölkələrinə ÇAĞIRIŞbackend

NATO-dan Avropa ölkələrinə ÇAĞIRIŞ

NATO Avropa ölkələrindən hava hücumundan müdafiə qüvvələrini beş dəfə artırmağı tələb edib.

KONKRET.az-ın Bloomberg agentliyinə istinadən məlumatına görə, NATO Avropa İttifaqına üzv olan ölkələrdən quru bazalı hava hücumundan müdafiə (HHM) sistemlərini beş dəfə artırmağı istəyir. Bu barədə məlumatlı mənbələrə istinadən xəbər verilir.

Mənbələrin bildirdiyinə görə, bu artım NATO-nun ümumi məqsədi kimi müəyyən edilsə də, konkret ölkələr üçün qoyulan göstəricilər fərqli olacaq. Hazırda bu tədbirlərin icrası ilə bağlı konkret vaxt çərçivələri dəqiqləşdirilir.

Tələbin səbəbi kimi Avropada artan təhlükəsizlik riskləri və alyansın kollektiv müdafiə qabiliyyətinin gücləndirilməsi ehtiyacı göstərilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*