NATO komandiri: Bu ölkələrə hücum olacağı təqdirdə Rusiyanı məğlub edəcəyikbackend

NATO komandiri: Bu ölkələrə hücum olacağı təqdirdə Rusiyanı məğlub edəcəyik

Rus qoşunları Baltikyanı ölkələrə qarşı hücuma keçsələr, məğlub olacaqlar.

KONKRET.az-ın məlumatına görə, Canadian Press xəbər verir ki, bunu NATO-nun Latviyadakı döyüş qrupunun komandiri, kanadalı polkovnik-leytenant Cessi van Eyk deyib.

Polkovnik-leytenant əmindir ki, onun qoşunları daha hazırlıqlı və təcrübəlidir. Onun komandanlığı ilə Latviyanın Adazi düşərgəsində 10 blok ölkəsindən 1200-dən çox əsgər vahid döyüş qrupu kimi təlim keçir.

Xatırladaq ki, daha əvvəl Cessi van Eyk Rusiya ordusundan dünyanın ən güclü və ən yaxşı təchizatlı ordularından biri kimi danışırdı, lakin Ukraynadakı hərbi uğursuzluqlar fonunda onun fikri dəyişdi.

“Əvvəlcə rusların daha sürətli olacağı təəssüratları var idi, lakin onlar verilən tapşırıqların öhdəsindən gələ bilmədilər” – deyə NATO komandiri əlavə edib.

O qeyd edib ki, NATO Latviya sərhədi yaxınlığındakı rus qoşunları haqqında çox şey bilir: onların sayı və döyüş hazırlığı səviyyəsindən tutmuş gündəlik rejimə qədər.

Cessi van Eykin sözlərinə görə, Ukraynadakı müharibə Rusiyanın Latviya üçün təhlükə səviyyəsini aşağı salıb. “Rusların indi Ukraynaya sərmayə qoyduqları və orada itirdikləri resursların həcmi onların bu digər böılgələrdə nəsə etmək imkanlarını sürətlə azaldır”.

Bununla belə, polkovnik-leytenant qeyd edir ki, sərhədin o tayındakı hərbçiləri nəzərə almamaq ehtiyatsızlıq olardı. Onun sözlərinə görə, Rusiya ordusunun gələcək fəaliyyəti Rusiya prezidenti Vladimir Putindən asılıdır, ona görə də Baltikyanı ölkələr üçün təhlükə real olaraq qalır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*