NATO ölkələri nüvə silahı ilə təhdid edilir – Qərb mediası təlaşa düşdübackend

NATO ölkələri nüvə silahı ilə təhdid edilir - Qərb mediası təlaşa düşdü

Rusiyanın tanınmış televiziya aparıcılarından biri və Rusiya prezidenti Vladimir Putinin ən məşhur təbliğatçılarından biri sayılan Vladimir Solovyovun bu yaxınlarda Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvləri ilə münaqişənin kəskinləşəcəyi təqdirdə Rusiyanın nüvə silahından “dərhal” istifadə edəcəyi barədə hədə-qorxusu Qərbdə geniş müzakirə olunur.

KONKRET.az xəbər verir ki, Rusiyanın Qərblə mümkün nüvə münaqişəsi ilə bağlı təhdidləri ölkənin 2022-ci il fevralın sonunda başlayan Ukraynaya müdaxiləsi zamanı daha da artıb. Çoxsaylı Kreml rəsmiləri, hərbi liderlər və media təbliğatçıları nüvə silahının Ukraynaya yardımı davam etdirən ABŞ, Böyük Britaniya və Almaniya kimi Qərb ölkələrinə qarşı istifadə oluna biləcəyini irəli sürsələr də, ekspertlər bu təhdidlərin əslində nə qədər ciddi olması ilə bağlı fərqli fikirdədirlər.

Bu ilin əvvəlində Putin ölkəsinin ABŞ-la birgə Nüvə Müqaviləsində iştirakını müvəqqəti olaraq dayandırdı və mart ayında Moskvanın Belarusda Putinin yaxın müttəfiqi Aleksandr Lukaşenkonun idarə etdiyi taktiki nüvə silahı anbarları tikəcəyini bəyan etdi.

Bazar günü Twitter kimi tanınan X platformasında Solovyovun NATO rəhbərliyinin son bəyanatlarına reaksiya verən klipi paylaşıldı.

O, xüsusilə NATO-nun Litvadakı qüvvələrinin komandanı Peter Nielsenin Rusiya-NATO münaqişəsi zamanı Kalininqradın blokadaya alınacağını irəli sürdüyü şərhini xatırladıb. Kalininqrad Rusiyanın Baltik dənizində mühüm liman şəhəridir, xüsusilə Kalininqrad vilayətində, Rusiyanın qalan hissəsindən ayrı bir bölgədə yerləşir və Litva və Polşa ilə əhatə olunur.

“O, bizi blokadaya alacaqlarını və oturub güllələrimizi sayacağımızı düşünür? Nüvə silahı ilə dərhal hücum edəcəyimizi dərk etmirsinizmi? Bu, başa düşülən deyil… Biz bütün bu ölkələrlə vidalaşacağıq”, – deyə Solovyov bildirib.

O, fikrini belə davam edib: “NATO-dakı insanlar, siz həqiqətən axmaqsınız? Həqiqətənmi düşünürsünüz ki, bütün böyük strateji və taktiki nüvə silahlarımızla biz həmişə nüvə silahının istifadəsinə qarşı olanları dinləyəcəyik. “Yox, dayan” deyərək? Biz onlardan soruşmayacağıq”.

Qeyd edək ki, NATO sazişinin 5-ci maddəsində deyilir ki, üzv dövlətlər onlardan birinə hücumu hamısına hücum kimi qiymətləndirəcək və cavab olaraq lazımi hərbi yardımı göstərəcək. Ona görə də Rusiyanın bu üzvlərdən birinə hücumu daha böyük beynəlxalq münaqişəyə səbəb ola bilər.

Solovyovun nüvə silahının NATO ilə münaqişədə istifadə oluna biləcəyi ilə bağlı şərhləri istefada olan rus polkovniki Mixail Xodaryonok da izah etməyə çalışıb:

“Proseslər onu göstərir ki, faktiki olaraq Rusiya Federasiyası ilə NATO arasında münaqişə baş verəcək. Və bu münaqişə yalnız nüvə müharibəsi ilə müşahidə oluna bilər. Ona görə də mən Stokholm və Tallin (Estoniyanın paytaxtı) sakinlərindən soruşuram: “Bu sizə lazımdırmı? Tallin və ya Stokholma gedən yolda sualtı nüvə partlayışını təsəvvür edə bilərsinizmi? Nüvə partlayışından yaranan dalğa şəhərinizi süpürüb aparacaq. Təsəvvür edirsinizmi ki, bütün Baltik dənizi bizim minalarımızla doldurula bilər?… Biz o qədər mina çıxarardıq ki, onları təmizləmək üçün sizə 10 il lazım olardı”.

Qeyd edək ki, bir sıra Avropa ölkələrinin nəşrləri Solovyovun bu videosu üzərindən siyasi analizlər verir, ekspert rəylərini təqdim edirlər. Görünən odur ki, Putin öz təbliğatçısının dili ilə Qərbi gərginlikdə saxlamağa çalışır. Media isə bu açıqlamalardan bərk təlaşa düşüb.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*