NATO rus jurnalistlərin akkreditasiyasından imtina etdibackend

NATO rus jurnalistlərin akkreditasiyasından imtina etdi

NATO-nun mətbuat xidməti Rusiyanın RİA Novosti agentliyinin müxbirlərini Alyansın gələn həftə Madriddə keçiriləcək sammitini işıqlandırmaq üçün akkreditasiyadan keçirməyib. 

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun mətbuat xidməti imtinanın səbəbini izah etməyib.

“Biz səmimi qəlbdən üzr istəyirik. Lakin bu qərarın səbəblərini müzakirə edə bilmərik, qətidir və bu qərara yenidən baxıla bilməz”, – NATO-nun mətbuat xidmətindən jurnalistlərə bildirlib.

NATO sammiti iyunun 28-30-da Madriddə keçiriləcək. NATO-nun baş katibi Yens Stoltenberqin iyunun 19-da dediyi kimi, iclas iştirakçıları Rusiyanın artıq Alyansın tərəfdaşı olmadığını, “sülh və sabitliyə təhlükə” olduğunu bəyan edəcəklər. Eyni zamanda, gözlənildiyi kimi, NATO liderləri Avropada yeni qüvvələrin yerləşdirilməsi ilə bağlı qərarını açıqlayacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*