Financial Times qəzeti yazır ki, Haaqada keçiriləcək NATO sammitinin proqramı cəmi bir iş sessiyasına endirilib. Qəzetin mənbələrinə görə, bu qərar ABŞ prezidenti Donald Trampın darıxaraq tədbiri tərk etməməsi üçün qəbul edilib.
KONKERT.az xəbər verir ki, əvvəllər üç gün davam etməsi planlaşdırılan tədbir indi cəmi iki yarım saatlıq bir sessiyaya endirilib.
“Məqsəd sammiti mümkün qədər qısa və məqsədyönlü etməkdir. Hər hansı texniki və ya siyasi pozuntular üçün imkanları minimuma endirmək planlaşdırılıb,” – deyə FT-nin mənbəsi bildirib.
Xatırladaq ki, Tramp Yeddi ölkənin (G7) sonuncu görüşünü də vaxtından əvvəl tərk etmişdi, bu isə onun beynəlxalq tədbirlərə münasibəti və davranışı ilə bağlı suallar yaratmışdı.