NATO Ukraynaya 2025-ci ildə bu miqdarda silah verəcək – ŞOK RƏQƏMbackend

NATO Ukraynaya 2025-ci ildə bu miqdarda silah verəcək - ŞOK RƏQƏM

NATO-nun yeni baş katibi Mark Rutte bəyan edib ki, Alyans Ukraynaya 2025-ci il ərzində 50 milyard avrodan artıq silah və hərbi yardım göstərməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, Rutte bu addımın məqsədinin təkcə Ukraynanın döyüş meydanında qalmasını təmin etmək deyil, eyni zamanda Rusiyanın gələcəkdə belə bir təcavüzü təkrarlamasının qarşısını almaq olduğunu vurğulayıb.

“Əlbəttə, biz eyni zamanda sülh sazişi və ya uzunmüddətli atəşkəsin əldə olunması üzərində də çalışırıq. Daha sonra isə əmin olmalıyıq ki, Ukraynanın hər cür müdafiə vasitəsi olsun ki, Vladimir bir daha, heç vaxt belə bir şeyi təkrarlamağa cəhd etməsin”, – deyə Rutte əlavə edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*