Naxçıvan MR Nazirlər Kabineti 350 minlik avtomobillər alırbackend

Naxçıvan MR Nazirlər Kabineti 350 minlik avtomobillər alır

Naxçıvan Muxtar Respublikası (MR) Nazirlər Kabineti xidməti minik avtomobilləri alır.

Bu barədə KONKRET.az dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Məlumata görə, satın alınacaq 5 ədəd minik avtomobilinin rənginin qara, istehsal ilinin isə 2024 olması əsas şərtlərdəndir.

Artıq Nazirlər Kabineti bununla bağlı hazırlıq işlərini yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Mepland” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 350 min manat olan müqavilə bağlayıb.

Qeyd edək ki, avtomobilləri Nazirlər Kabinetinə çatdıracaq “Mepland” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Elvin Ənvər oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*