Naxçıvanda “Xan” taksi xidməti fəaliyyətə başladıbackend

Naxçıvanda “Xan” taksi xidməti fəaliyyətə başladı

Naxçıvan Muxtar Respublikasında yeni taksi xidməti fəaliyyətə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə TNS-ə Naxçıvandan məlumat verilib.

Bakıda fəaliyyət göstərən “Xan” taksi xidməti Naxçıvan şəhərində öz ofisini açıb, muxtar respublika ərazisində fəaliyyət göstərməyə başlayıb. Artıq muxtar respublika sakinləri bütün mobil operatorlardan  *8777 nömrəsinə zəng edərək bu taksi xidmətindən istifadə edə bilərlər. Sifarişlər Bakı şəhərində qəbul edilərək Naxçıvandakı ofisə yönləndirilir.

Muxtar respublikada “Xan” taksinin fəaliyyətə başlaması naxçıvanlıların marağına səbəb olub. 30 ilə yaxın muxtar respublikaya rəhbərlik edən, ötən ilin dekabr ayında istefa verən Vasif Talıbov “xan” ləqəbi ilə tanınıb, yerli media onu “Naxçıvan xanı” kimi təqdim edib. Son günlər naxçıvanlılar sosial şəbəkələrdə zarafatla belə bir paylaşım edir: “İgid ölər, adı qalar”.

Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, bu şirkətin Talıbovlarla heç bir əlaqəsi yoxdur.

  • Mais
    Aprel 2, 2023 - 10:09

    Hansı xan?.. köhnə ya tazə?..
    Oyunun olsun, baməzə…
    Bir özünəbəy var idi…
    Getdi ayə, biraz gəzə…

  • Meftun
    Dekabr 12, 2023 - 08:49

    Bura nece qosula bileren

  • Şulan
    Mart 12, 2024 - 11:51

    Taksi islemek isdeyirm

  • Murad
    Mart 18, 2024 - 12:30

    Salam taksi şirketine qosulmaq isteyirem öz masinimla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*