Xəbər verdiyimiz kimi, bu gün Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib. Onun yerinə Süleyman Əsgər oğlu Nemətov təyinat alıb.
KONKRET.az xəbər verir ki, polis polkovniki Süleyman Nemətov yeni təyinatadək Bakının Suraxanı rayon Polis İdarəsinin rəisi olub.
O, Suraxanıdan əvvəl Sumqayıtda polis rəisinin müavini, Qubada isə rəis kimi xidmət göstərib.
S.Nemətov Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir.