Nazarbayevin qardaşı oğlunun bu daşınmaz əmlakları MÜSADİRƏ OLUNDU – SİYAHI+VİDEObackend

Nazarbayevin qardaşı oğlunun bu daşınmaz əmlakları MÜSADİRƏ OLUNDU - SİYAHI+VİDEO

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kairat Satıbaldının çox milyardlıq aktivləri müsadirə olunmaqda davam edir. İndi də növbə onun Dubay, Fransa, Türkiyə və Moskvadakı daşınmaz əmlaklarına çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Baş Prokurorluğunun Aktivlərin Qaytarılması Komitəsi yayıb.

Mənbə yazır ki. söhbət ümumi dəyəri 33 milyard tenge (68,7 milyon dollar) olan dəbdəbəli daşınmaz əmlakdan gedir.

Lüks daşınmaz əmlakların siyahısını təqdim edirik:

▪️Dubayda 2 villa, dəyəri 20 milyard tenge (41,6 milyon dollar)

▪️Fransanın Lazur sahillərində 4 lüks mənzil, dəyəri 4 milyard tenge (8,3 milyon dollar)

▪️Moskvada prestijli yaşayış komplekslərində 15 mənzil, dəyəri 5 milyard tenge (10,5 milyon dollar)

▪️Türkiyənin Bodrum və İstanbul şəhərlərində 2 lüks villa, dəyəri 4 milyard tenge (8,3 milyon dollar).

Bundan əvvəl o, dövlət büdcəsinə 732,8 milyard tenge (1,6 milyard dollar) dəyərində aktiv və pul köçürüb. Bunun da 661,5 milyon dolları Avstriya, Lixtenşteyn, BƏƏ, Türkiyə və s. ölkələrdə olub.

Rəsmiyyə Şərifova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*