Nazarbayevin qudası HƏBS OLUNDUbackend

Nazarbayevin qudası HƏBS OLUNDU

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

“Astana məhkəməsi qazaxıstanlı oliqarx Kayrat Boranbayevi əmlakı müsadirə olunmaqla 6 il müddətinə azadlıqdan məhrum edib”. 

KONKRET.az-ın Mərkəzi Asiya ölkəlləri üzrə bürosu xəbər verir ki, “AsiaGasChundzha” şirkətinin baş direktoru Roman Naxanov da eyni cəzaya məruz qalıb. QazaqGaz-ın idarə heyətinin keçmiş sədr müavini Taiyr Januzak 5 il müddətinə azadlıqdan məhrum edilib. Hər üç şəxsə ömürlük dövlət qulluğunda vəzifə tutmaq qadağan edilib.

Təqsirləndirilən şəxslər işgəncəyə və ya digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmayıblar.

Qeyd edək ki, Kayrat Boranbayev Qazaxıstanın ən zəngin və nüfuzlu 50 iş adamı sırasında idi. Onun qızı keçmiş prezident Nursultan Nazarbayevin 2020-ci ilin avqustunda dünyasını dəyişən nəvəsi Aysultanla evlənib. Boranbayevin saxlanılması və həbsi 2022-ci il martın 17-də məlum olub. İş adamı kvazi-dövlət sektorunda xüsusilə külli miqdarda vəsait mənimsəməkdə ittiham olunub.

Yeni hökm ərəfəsində Qazaxıstan Respublikasının Maliyyə Monitorinqi Agentliyinin mətbuat xidməti məlumat verib ki, Boranbayev könüllü olaraq 90 milyard tengedən (195,4 milyon dollar) çox əmlakı dövlətə qaytarıb. O, Təhsil İnfrastrukturuna Dəstək Fonduna daha 30 milyard tenge (65 milyon dollar) köçürüb. Agentlik xatırladıb ki, iş adamı daha əvvəl təbii qazın idxalı zamanı vəsaitlərin oğurlanması ilə bağlı araşdırma çərçivəsində 14,5 milyard tenge (31,5 milyon dollar) məbləğində dəymiş ziyanı ödəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*