Nazir: “Azərbaycanda beş ildə ünvanlı sosial yardımın aylıq məbləği 3 dəfə artıb”backend

Nazir: "Azərbaycanda beş ildə ünvanlı sosial yardımın aylıq məbləği 3 dəfə artıb"

Son 5 ildə Azərbaycanda ünvanlı sosial yardımın aylıq məbləği dəfə artıb.

KONKRET.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.

Nazir bildirib ki, bu dövr ərzində Azərbaycanda minimum pensiyalar 2,5 dəfə, orta pensiyalar 2,1 dəfə, sosial müavinət və təqaüdlər dəfə, ünvanlı sosial yardımın aylıq məbləği isə 3 dəfə artıb:

“Bunlar çox böyük və əhatəli proqramlardır. Ümumilikdə bu sosial islahatlar 4 milyondan çox vətəndaşımızı əhatə edir. Bu sosial ödənişlərin illik məbləği 7 milyard manata bərabərdir. Bu rəqəm Azərbaycanın sosial siyasətinin ən bariz göstəricisidir”.

Azərbaycanda 2024-cü ildə ünvanlı sosial yardımın məbləği 270 manat olacaq. Bu, 2023-cü illə müqayisədə 24 manat və yaxud 9,8 % çoxdur.

  • Azad Eliyev
    Dekabr 29, 2023 - 05:04

    Ayin 29 du Helen ne pensiya verirsiz ne de muvinet

  • İnayət Quliyev
    Dekabr 30, 2023 - 18:46

    Salam beşdən çox uşağı olan qadınların müavinəti artacaqmı sosial yardımı eləmisiniz 270 manat bizim müavinətdə 105 manatdı

Azad Eliyev üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*