Nazir keçmiş direktorunu “Aqroservis”ə sədr gətirdibackend

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. Qaynarinfo-nun verdiyi məlumata görə, bu vəzifəyə Mehman Veysəlov gətirilib.

KONKRET.az xəbər verir ki, nazir Məcnun Məmmədov bu barədə müvafiq əmr imzalayıb.

Qeyd edək ki, M.Veysəlov bu vəzifədən əvvəl “Modern” şirkətlər qrupunun baş icraçı direktoru olub. Məcnun Məmmədov da Mehman Veysəlovun vaxtı ilə rəhbəri olduğu “Modern Group”da çalışıb.

Bildirək ki, 2011-ci ildə yaradılan “Modern” Şirkətlər Qrupuna “Az-Granata” MMC, “Modenis” MMC, “Modern Hospital”, “Great Motors”, “Mineral Sular” MMC, “Alyans Tekstil”, “Agsu Aqropark” QSC şirkətləri daxildir.

Xatırladaq ki, “Aqroservis” ASC-nin İdarə Heyətinin əvvəlki sədri Elmin Rəhmanov bu ilin avqust ayının 5-də vəzifəsindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*