Nazir müavinindən Bakı metrosu və məktəblərin fəaliyyətilə bağlı – RƏSMİ AÇIQLAMAbackend

Nazir müavinindən Bakı metrosu və məktəblərin fəaliyyətilə bağlı - RƏSMİ AÇIQLAMA

“Məktəblərin açılması məsələsi epidemioloji vəziyyətdən asılıdır”.

KONKRET.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, Operativ Qərargahın qaydaların yumşaldılması ilə bağlı qərarlarından asılı olaraq bu məsələyə də baxılacaq.

Qasımov deyib ki, qrup halında məşğələlərdə 10 nəfərdən çox şəxs olmamalıdır.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, fərdi kursların fəaliyyəti ilə bağlı da qaydalar hazırlanacaq.

Səhiyyə nazirinin müavini Viktor Qasımov isə deyib ki, metronun açılması məsələsi də müzakirə olunur. O bildirib ki, karantin dövründə yerüstü nəqliyyata üstünlük verilməlidir:”Karantinin yumşaldılması prosesində metronun açılması da müzakirə olunur”.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, ictimai nəqliyyatda davranış qaydaları da hazırlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*