Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrləri ilə Nəsimi və Yasamal rayonlarına yeni polis rəisləri təyin edilib.
KONKRET.az xəbər verir ki, DİN-in BMCMİ-nin idarə rəisi, polis polkovniki Vüqar Ağayev vəzifəsindən azad olunaraq Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə, Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Mirnemət Mirbabayev vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinə rəis təyin olunublar.