Nazir polkovniki birinci müavin təyin etdibackend

Nazir polkovniki birinci müavin təyin etdi

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.

KONKRET.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib.

Qeyd edək ki, ötən ay Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Əlibala oğlu Bağırov təqaüdə göndərilib. Nazirin digər əmri ilə daxili xidmət mayoru Vüsal Nazim oğlu Məmmədzadə Bakı Regional Mərkəzinin rəis müavini təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*