Nazir polkovniki rəis müavini təyin etdibackend

Nazir polkovniki rəis müavini təyin etdi

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Xüsusi Riskli Xilasetmə Xidmətinə yeni rəis müavini təyin edib.

KONKRET.az-ın məlumatına görə, nazirin müavafiq əmri ilə polkovnik Elsəvər Quliyev xidmətin rəis müavini təyin olunub.

Nazirin digər əmri ilə polkovnik Abbasov İlham Yaqub oğlu FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Elsəvər Quliyev 1981-ci ilin 19 iyununda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ailəlidir. 3 övladı var.Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*