“122 minə yaxın birinci sinifə qəbul olunan şagirdin elektron qeydiyyatı başa çatıb”.
KONKRET.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, onların məktəbləri və müəllimləri artıq müəyyən edilir:
“Növbəti aylarda da şagirdlərlə bağlı elektron müraciətləri gözləyirik”.