Aktyor Cövdət Şükürov Kino Forumu ilə bağlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, o, tədbirə qatılan bəzi sənət adamlarına iradını çatdırıb.
“Hardasan? Kino Forumundayam, mənəm, təzə nazirdir, Rasim Balayevdir, oturmuşuq, kinomuzun gələcəyindən danışırıq.
– Sən orada neynirsən?
– Hə, nə bilim, yerdən bilet tapmışdım.
– Heç olmasa, təzə nazirlə şəkil çəkdir.
Əziz mədəniyyət işçiləri, nazirlə şəkil çəkdirəndə heç nə dəyişmir. Vallah, etməyin, çox gülməli görünürsüz”, – deyə aktyor postunda qeyd edib.