Nazirlik işçi axtarır – SİYAHIbackend

Nazirlik işçi axtarır - SİYAHI

Gənclər və İdman Nazirliyi bir neçə “Gənclər evi” sosial xidmət müəssisəsinin rəhbər vəzifələri üzrə vakansiya elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, namizədlər dil bilikləri və digər tələblərə cavab verməlidirlər:

1. Binəqədi “Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru

2.Goranboy “Gənclər evi” sosial -xidmət müəssisəsi

3. Füzuli “Gənclər evi” sosial-xidmət müəssisəsi

4. Astara “Gənclər evi” sosial-xidmət müəssisəsi

5. Siyəzən “Gənclər evi” sosial -xidmət müəssisəsi

6. Tərtər “Gənclər evi” sosial- xidmət müəssisəsi

“Gənclər evi” sosial- xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

– ali təhsil;

– gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;

– yaş həddi 35-dək;

– minimum 1 xarici dil bilmək.

Namizədlər öz CV-lərini (iddia edilən vəzifənin adı qeyd olunmalıdır), şəxsiyyət vəsiqəsinin surətini və ali təhsil haqqında diplomun surətini yanvarın 12-dən elektron formada Gənclər və İdman Nazirliyinin [email protected] ünvanına göndərməlidir. Müraciət üçün son tarix 25 yanvardır.

  • yusif
    Yanvar 12, 2022 - 19:44

    35 yaş həddi nə demək, bu əmək qanunvericiliyinin elə dövlət qurumu tərəfindən kobud surətdə pozulması deyilmi….bu hüquq, qanun tapdamalara nə zaman son qoyulacaq…..bu elandakı əksər şərtlər konst-ya və sair qanunlara ziddir…hara baxır ombudsman, mm, ədliyyə, prokurorluq…

yusif üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*