Nazirlik rəsmisindən şəhidimizlə bağlı paylaşım – FOTObackend

Nazirlik rəsmisindən şəhidimizlə bağlı paylaşım - FOTO

Gəncə şəhərində tarix müəllimi işləyən Rəşad Məmmədov Azərbaycan Ordusunun torpaqlarımızı düşməndən təmizləmə əməliyyatlarında iştirak edərək qəhrəmancasına şəhid olub.

KONKRET.az xəbər verir ki, qəhrəman şəhidimizlə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov feysbuk səhifəsində paylaşım edib.

O, şəhidin müharibədən öncə Gəncədə M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbdə çalışdığını qeyd edib. Rəşad Məmmədov bu məktəbə 2018-ci ildə 51 balla işə qəbul olunub:

“Rəşad Məmmədov Füzuli rayonu uğrunda gedən döyüşlərdə həlak olub. Allah rəhmət eləsin!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*