Hələ də koronovirusun mövcud olmaması ilə bağlı məqalələr yazılır. Necə yəni koronavirus yoxdur? Hamımız görürük ki, insanlar virusa yoluxaraq dünyasını dəyişir. Hamı öz yaxınlarından kimisə itirib, nə qədər insan əziyyət çəkib. Dünya pandemiya ilə üz-üzədir. Vəziyyət kifayət qədər ciddidir.
KONKRET.az xəbər verir ki, bu fikirləri professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, Delta ştammı özündə böyük təhlükə ehtiva edir:
“Əgər virusun bu növü ölkəmizə yayılarsa, vəziyyətin necə olacağını bilmirik. Bu dərəcədə diqqətsizlik olmaz. İnsanları çaşdıranlar məsuliyyətə cəlb olunmalıdır. Delta ştammının təhlükəli olması birmənalıdır. Hindistanda 400 mindən çox insan bu virus səbəbilə dünyasını dəyişib. Neçə milyon insan yoluxub. Bu gün Rusiya və Türkiyədə də vəziyyət xeyli ciddidir. Britaniyanın Alfa ştammı, Cənubi Afrikanın Betta ştammı, Braziliyanın Qamma ştammı kimi Hindistanın Delta ştammının yoluxuculuğu da yüksəkdir. Öldürücülük xüsusiyyəti də yüksək hesab olunur. “Delta+” ştammını mütəxəssislər araşdırır. Vaksinin virusun bu növünə davamlılığı ilə bağlı birmənalı rəy yoxdur. Buna görə də hazırda karantin tədbirlərinə ciddi riayət etməliyik”./teleqraf/