Azərbaycan Premyer Liqasının 17-ci turunda bu günün son qarşılaşması baş tutub.
KONKRET.az xəbər verir ki, “Neftçi Arena”da yerli komanda “Kəpəz” üzərində 2:1 hesab ilə qələbə qazanıb.
“Neftçi”nin heyətində Yeqor Boqomolski (4) və Filip Ozobiç (22) fərqlənib. Gəncə təmsilçisinin qolunu isə 77-ci dəqiqədə Orxan Əliyev vurub.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran “Neftçi” yeddinci pilləyə yüksəlib. “Kəpəz” isə 10 xalla doqquzuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. “Şamaxı” – “Səbail”, “Zirə” – “Turan Tovuz” görüşləri isə qolsuz bitib. Tura sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.
KONKRET.az