“Neftçi”nin məşqçisi döyülüb, “Zirə” cəzalanıbbackend

“Neftçi”nin məşqçisi döyülüb, "Zirə" cəzalanıb

AFFA-nın İntizam Komitəsi U-16 Liqasında keçirilən “Zirə” – “Neftçi” oyununda baş verən qalmaqala münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

“Neftçi” məşqçisi İsmayıl Məmmədov hakimin qərarına kəskin etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalandırılıb. “Zirə” azarkeşləri tərəfindən ona fiziki təzyiq göstərilib.

Buna görə “Zirə” növbəti 5 ev oyunu azarkeşsiz keçirəcək. Uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq qəsəbə klubu 500 manat cərimələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*