“Neftçi” – “Qarabağ” matçının hakimləri bəlli oldubackend

"Neftçi" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Misli Premyer Liqasında XXIII turun təyinatları müəyyənləşib.

KONKRET.az xəbər verir ki, turun mərkəzi qarşılaşması olan “Neftçi” – “Qarabağ” görüşünü Rəvan Həmzəzadə idarə edəcək.

Görüşün VAR hakimi Nicat İsmayıllı, AVAR hakimi Elşad Abdullayev, hakim-inspektoru Babək Quliyev, AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.

Qeyd edək ki, görüş fevral ayının 16-da saat 19:00-da “Neftçi Arena”da keçiriləcək.

Misli Premyer Liqası

16 fevral

XXIII tur

Saat 19:00, “Neftçi” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

“Neftçi Arena”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*