Dünya bazarlarında neftin qiyməti ucuzlaşdıbackend

Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı

Bir gün öncəki ciddi bahalaşmadan sonra dünya bazarlarında neftin qiyməti korreksiya çərçivəsində düşüb.

KONKRET.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 0,32% ucuzlaşaraq, 1 bareli 113,87 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,34% düşərək, 1 bareli 111,44 ABŞ dolları təşkil edib.

Korreksiya ilə yanaşı “qara qızıl”ın qiymətinə təzyiq edən daha bir amil ABŞ-ın Energetika Nazirliyinin İqtisadi Məlumatlar İdarəsinin (EIA) proqnozudur. Belə ki, proqnoza görə iyun ayında ölkənin əsas neft-qaz hasilatı rayonlarında neft hasilatı cari ayla müqayisədə gündəlik 142 min barel artacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*