Neftin qiyməti UCUZLAŞDIbackend

Neftin qiyməti UCUZLAŞDI

İqtisadi proqnozun qeyri-müəyyənliyi fonunda dünya bazarlarında neftin qiyməti cüzi düşüb.

KONKRET.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin oktyabr fyuçersləri 0,75 % ucuzlaşaraq 1 bareli 97,64 ABŞ dollarına satılıb. “WTI” markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,74 % aşağı düşərək 1 bareli 93,97 ABŞ dolları təşkil edib.

Treyderlər yüksək iqtisadi qeyri-müəyyənlik şəraitində neftə olan tələbin perspektivlərini qiymətləndirməkdə davam edirlər. Dünya üzrə mərkəzi banklar inflyasiyanın sürətlənməsinin qarşısını almağa çalışır, bu isə resessiyaya səbəb ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*