Neftlə bağlı BÖYÜK RAZILAŞMA: 5 ildən sonra…backend

Neftlə bağlı BÖYÜK RAZILAŞMA: 5 ildən sonra...

Liviyanın Milli Neft Korporasiyası (NOC) 5 ildən artıq fasilədən sonra bir neçə dəniz blokunda kəşfiyyat işlərinin bərpa olunduğunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, layihə İtaliyanın “Eni” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

NOK-un məlumatına görə, işlərin yenidən başlanması texniki və ekoloji ekspertizanın tamamlanmasından sonra mümkün olub.

Kəşfiyyat Liviyanın şimal-qərbində təhlükəsizlik və qeyri-sabitlik səbəbindən daha əvvəl dayandırılmış əraziləri əhatə edəcək.

“Eni” artıq yeni kəşfiyyat quyularının qazılmasına hazırlıq məqsədilə seysmik və geoloji tədqiqatlara başlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*