Nəhayət Matevosyan da ANLADI: “Müstəqillikdən söhbət gedə bilməz”backend

Nəhayət Matevosyan da ANLADI: "Müstəqillikdən söhbət gedə bilməz"

“Dünyada apolitik “siyasi elitanın” hekayəsindən daha kədərli hekayə yoxdur”.

KONKRET.az xəbər verir ki, bu barədə ekspert Benyamin Matevosyan Telegram kanalında yazıb. Matevosyan fikrini belə davam etdirib:

“Maraqlı olardı ki, “məktub yazmaq” həvəskarı Arayik Arutyunyan 2022-ci il oktyabrın 7-də, yəni Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasının ertəsi Praqada Nikol Paşinyana “məktub” yazardı. Amma yazıbmı?

Cənab Arutyunyan Dövlət Dumasının rəhbərinə bu “məktub”da izah edib ki, 9 noyabr 2020-ci il bəyanatına zidd olaraq, 44 günlük müharibənin nəticələrinə zidd olaraq, Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla Laçın dəhlizini Azərbaycanın suveren ərazisi kimi tanıdı, eyni zamanda İlham Əliyevə Azərbaycan ərazisində Qarabağ dövlətçiliyinin mövcudluğunun legitimliyinə etiraz etməyə əsas verdi və mövcud bütün “dövlət orqanları”nın ləğvini tələb etmək hüququ verdi. Cənab Arutyunyan görəsən niyə sual vermədi ki, əgər Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsa, hansı Müdafiə Ordusu, hansı Parlament, hansı prezident institutundan söhbət gedə bilər?”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

  • Shamil
    İyul 10, 2023 - 09:59

    Bu terorcular ermeni milletinde olanlari bedbext edirler onlari azerbaycan cemiyyetinden ayirmaqla Kutle onlari dasa basmalidir…
    miliyetine gore yox bacarigina,xeyir emellere,barisiga gore milket secilir!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*