Nəinki Rusiya, hətta ABŞ və Böyük Britaniya Azərbaycanla hesablaşır – Rayevskibackend

Nəinki Rusiya, hətta ABŞ və Böyük Britaniya Azərbaycanla hesablaşır - Rayevski

“Ermənistanla Azərbaycan arasında əsl sülhün bərqərar olmasından və sülh Müqaviləsinin imzalanmasından əvvəl tərəflər hər hansı bir dünya təcrübəsini qəbul etmir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyalı şərqşünas Viktor Nadein-Rayevski deyib.

Onun sözlərinə görə, sadə məntiq onu deməyə əsas verir ki, belə mərhələlərdə tərəflər arasında olan məsələlərin əksəriyyəti uzun danışıqlardan sonra tükənir, sərhəddəki gərginlik, o cümlədən informasiya hücumlarına ehtiyac zəifləyir, bütün məsələlər, o cümlədən, zor tətbiq etmək istəyi aradan qalxır.

“Bütün bunların daha dərin kökləri var və ümumilikdə geosiyasi proseslərlə, 44 günlük müharibə ilə bağlıdır. Diqqət yetirsək, Azərbaycan tərəfi son vaxtlar tez-tez Zaqafqaziyada həmin geosiyasi fonun və ənənəvi formatların aşınmasından danışır, müvafiq olaraq, yeni təsir mərkəzlərinə eyham vurur, burada, açıq-aydın, Azərbaycanın özünə istinad edir.

Azərbaycan özünü zəngin, qüdrətli hərbi gücə və çevik diplomatiyaya malik ölkə kimi təqdim edərək regionda fərqli çəki kateqoriyasında yer almağa çalışır”, – deyə ekspert bildirib.

O hesab edir ki, bu mövqeləşdirmə təkcə Azərbaycan müharibədə qalib gəldiyinə və özünü belə hiss etdiyinə görə deyil, əlavə regional və regiondankənar təsir rıçaqları və imkanları əldə etmək üçün edilir.

“Təsadüfi deyil ki, Azərbaycanla bəzi məsələlərdə konsensus əldə etmək üçün tərəfdaş ölkələr rəsmi Bakının xüsusi rolundan danışmağa başlayıblar. Rusiya, Belarus, Qazaxıstan, ABŞ, Böyük Britaniya və s. Təbii ki, müharibədə qalib gəlmək Azərbaycana müəyyən çəki verib, lakin Azərbaycan və bəlkə də onun tərəfdaşları arasında olan bəzi ölkələr Azərbaycan üçün daha çox şeyə can atır, gələcək geosiyasi proseslərdə Azərbaycandan istifadə etməyə çalışırlar. Bütün bunlar bu ölkədə Azərbaycanın maraqlarını maksimum proqram çərçivəsində reallaşdırmaq üçün regionda inam yaradır.

Bütün bunları əsas götürsək, belə nəticəyə gəlirik ki, imzalansa belə, sülh bərabərhüquqlu münasibətlər çərçivəsindən çıxacaq. Hesab edirəm ki, Azərbaycan öz geosiyasi əhəmiyyətini hiss etdikcə bu, davam edəcək”, – deyə o bildirib.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*