“Nemezis” abidəsinin sökülməsinin əleyhinəyəm” – Sarkisyanbackend

"Nemezis" abidəsinin sökülməsinin əleyhinəyəm" - Sarkisyan

“Nemezis” abidəsinin sökülməsi qərarının əleyhinə olacağam”.

KONKRET.az xəbər verir ki, bunu İrəvan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasının üzvü Aşot Sarkisyan erməni mediasına deyib. O bildirib ki, abidənin sökülmə qərarının əleyhinə səs verəcək.

Belə ki, Türkiyə hakimiyyəti İrəvanın mərkəzində “Nemezis” abidəsinin olması ilə razılaşmır. Rəsmi Ankara onun sökülməsini tələb edib.

“Onlar bir daha qeyri-səmimiliklərini nümayiş etdirdilər. Biz Osmanlı paşalarımızın və azərbaycanlı qardaşlarımızın qətllərini tərənnüm edən abidənin (Nemezis) ucaldılmasını qəbul etmirik”, – Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Türkiyə telekanalında deyib.

O qeyd edib ki, Ankara bu abidənin sökülməsini tələb edir. Türkiyə tərəfi abidənin sökülməsi ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib və bununla bağlı Ermənistana qarşı yeni addımlar atacaq.

“Mən hamının yerinə cavab verə bilmərəm. Amma öz adımdan deyəcəm ki, heykəli sökmək olmaz. Mən şəxsən bunun əleyhinə səs verəcəm, lakin hazırda belə bir qərar yoxdur ”, – deyə Sarkisyan bildirib.

Sarkisyanın sözlərinə görə, Türkiyə bu yolla danışıqların gedişinə təsir göstərməyə çalışır.

Xatırladaq ki, abidənin quraşdırılmasına cavab olaraq Türkiyə üçüncü ölkələrə uçan Ermənistan aviaşirkətlərinin təyyarələri üçün öz hava məkanını bağlayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*