İspaniyanın Burqos şəhəri yaxınlığındakı Atapuerka silsiləsində yerləşən El Mirador mağarasında arxeoloqlar Neolit dövrünə aid insan qalıqları aşkarlayıblar.
KONKRET.az xəvər verir ki, aparılan qazıntılar nəticəsində müəyyən edilib ki, 5700 il yaşı olan qalıqların bir hissəsi uşaqlara, bir hissəsi yeniyetmələrə, digərləri isə böyüklərə məxsusdur. Tədqiqatlar göstərib ki, həmin insanların dərisi soyulub, əti çıxarılıb, sümükləri isə iliyə çatmaq üçün parçalanıb. Qalıqların bişirildiyi də elmi olaraq təsdiqlənib.
İspan alimləri bu tapıntını bölgədə Neolit dövründə baş verən nadir insan yeyimi nümunələrindən biri kimi qiymətləndirirlər.
Aynurə İsmayıl
KONKRET.az