Nərimanovda motosiklet maşına çırpıldıbackend

Nərimanovda motosiklet maşına çırpıldı

Paytaxtda yolun hərəkət istiqamətində maşını saxlayaraq qəfil qapını açan sürücü qəzaya səbəb olub.

KONKRET.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə Nərimanov rayonu, Karl Hüseyn küçəsində baş verib. İdarə etdiyi “BMW” markalı avtomobili dayandıraraq qapını açan sürücünün səhlənkarlığı nəticəsində yoldan ötən motosiklet həmin qapıya çırpılıb.

Xoşbəxtlikdən hadisə özəl tibb müəssisəsinin qarşısında baş verib və müxtəlif bədən xəsarətləri alan motosikletçiyə yardım edilib.

Faktla bağlı araşdırma başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*