İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
KONKRET.az xəbər verir ki, Netanyahu bu barədə yerli tədbirdə çıxışı zamanı danışıb.
Baş nazir Amerikada bəzi universitetlərin kampuslarında İsrail əleyhinə aksiyaların keçirilməsindən təəssüfləndiyini bildirib. Netanyahu buna baxmayaraq, əksər amerikalıların İsrailin Amerikanın dəyərləri ilə eyni dəyərləri müdafiə etdiyini anladığını vurğulayıb.
O qeyd edib ki, İsrailin ən böyük müttəfiqi Amerikadır: “Buna görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirəm”.