Netanyahu: “Bizi heç nə dayandıra bilməz”backend

Netanyahu: “Bizi heç nə dayandıra bilməz”

İsrail beynəlxalq təzyiqlərə baxmayaraq, Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları qələbəyə qədər davam etdirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Deutsche Welledə gedən yazıda deyilir.

Nəşr yazır ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu ölkənin cənubundakı hərbi bazaya səfəri zamanı deyib.

“Biz sona qədər, qələbə çalana qədər, hətta beynəlxalq təzyiqlərə baxmayaraq, Həmas məhv edilənə qədər davam edəcəyik. Bizi heç nə dayandıra bilməz”, – deyə baş nazir bildirib.

İsrailin müdafiə naziri Yoav Qalant daha əvvəl bildirmişdi ki, Qəzza zolağında HƏMAS dağılmaq ərəfəsindədir və onun döyüşçüləri getdikcə təslim olurlar.
Nazirin sözlərinə görə, İsrail hərbçiləri zolağın şimalında terrorçuların son dayaq məntəqələrinə nəzarəti ələ keçirərək “dönmə nöqtəsinə” yaxınlaşır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*