Netanyahu Çin və Qətəri təhdid etdibackend

Netanyahu Çin və Qətəri təhdid etdi

İsrailin baş naziri Benyamin Netanyahu Çin və Qətəri yəhudi dövlətinin legitimliyinə xələl gətirmək üçün aparılan kampaniyanın arxasında durmaqda ittiham edib. O bildirib ki, İsrail cavab addımları atacaq.

KONKRET.az Globalinfo-ya bildirir ki, onun sözlərinə görə, İsrail təkcə təcrid olunmayıb, həm də faktiki “mühasirədədir”.

“Bu, İranı dəstəkləyən qüvvələr tərəfindən təşkil edilir. Biz bu mühasirədən çıxacağıq. Bir neçə ölkənin təşkil etdiyi mühasirədən çıxmaq üçün bəzi addımlar atmağa məcbur olacağıq. Bizə hücum edən dövlətlərdən biri Çin, digəri isə Qətərdir. Onlar Qərb dünyasının gözü qarşısında İsrailə “hücum” həyata keçirirlər. Odur ki, İsrail əks tədbirlər görməli və öz qüvvələri ilə hücumu dəf etməli olacaq”, – Netanyahu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*