Netanyahu onu öldürənlərə və 6 barmaq deyənlərə belə CAVAB VERDİ – ŞOK VİDEObackend

Netanyahu onu öldürənlərə və 6 barmaq deyənlərə belə CAVAB VERDİ - ŞOK VİDEO

İsrailin Baş naziri Benyamin Netanyahu sosial mediada yayılan və onun ölümünü iddia edən xəbərlərə ironik şəkildə reaksiya verib.

KONKRET.az xəbər verir ki, sosial mediada baş nazirin son çıxışı ilə bağlı müzakirələrdə bəzi istifadəçilər videonun süni intellekt vasitəsilə hazırlanmış ola biləcəyini iddia etmişdilər. Bunun əsas səbəbi videonun bir kadrında Netanyahuya “altı barmaq” verildiyi görüntüsünün olması idi ki, bu, tez-tez neyron şəbəkələrinin səhvi kimi qeyd olunur.

Netanyahu yeni çəkilmiş videoda kafedə oturaraq bu şayiələrə cavab verib. O, hər iki əlini açaraq barmaqlarını nümayiş etdirib, üzərinə bir fincan kapuçino alıb və deyib:

“Barmaqlarımı saymaq istəyirsiniz?”

Baş nazir əlavə edib:

“Demək istəyirsiniz ki, mən yaxşıyam, yoxsa artıq ölmüşəm? Mən həm qəhvəni, həm də öz xalqımı çox sevirəm”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*