Qazaxıstanda referendum baş tutdu – Aktivlik necə olub?backend

Qazaxıstanda referendum baş tutdu - Aktivlik necə olub?

Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə keçirilən referendum baş tutmuş hesab edilib.

KONKRET.az xəbər verir ki, Nurlan Abdirov bildirib ki, ölkə daxilində və xaricdə keçirilən səsvermədə 9 127 192 nəfər iştirak edib. Bu isə seçicilərin 73,12%-ni təşkil edir.

Onun sözlərinə görə, səsvermədə iştirak edənlərin 7 954 667 nəfəri, yəni 87,15%-i Konstitusiyanın yeni layihəsinə “hə” deyə səs verib.

Referendum seçki hüququ olan vətəndaşların yarıdan çoxunun səsvermədə iştirak etməsi səbəbindən rəsmi olaraq baş tutmuş hesab olunub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*