İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək bildirib: “İranlılar, siz tək deyilsiniz: bütün İsrail sizin yanınızdadır, mən sizin yanınızdayam, bütün dünya sizin yanınızdadır”.
KONKRET.az xəbər verir ki, Netanyahu İrana su təminatı ilə kömək edəcəyini vəd edib, lakin bunun əvəzində xalqı küçələrə çıxaraq hökumətə qarşı etiraz etməyə çağırıb. O, hökuməti “zülm və yoxsulluq gətirən, həmçinin İsraillə müharibəyə səbəb olan” olaraq qiymətləndirib.
Natiq Səlim,
KONKRET.az