İsrail HƏMAS rəhbərliyinin məhvi qərarını haqlı hesab edir.
KONKRET.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında bildirilib.
Qeyd olunub ki, bu qərar sentyabrın 8-də Qüdsdə altı nəfərin, eləcə də həmin gün Qəzza zolağında baş verən döyüşdə dörd İsrail əsgərinin həlak olduğu terror aktından sonra qəbul edilib.
Məlumata görə, Qüds və Qəzzada baş verən hücumlardan sonra baş nazir Netanyahu bütün təhlükəsizlik qurumlarına HƏMAS rəhbərliyini məhv etməyi tapşırıb. Müdafiə naziri isə bu qərarı tam dəstəkləyib.