Netanyahu Trampın səbrini tükədib – İsrail lideri qlobal təcrid riski ilə üz-üzə bildirilir – İsrail lideri qlobal təcrid riski ilə üz-üzəbackend

Netanyahu Trampın səbrini tükədib – İsrail lideri qlobal təcrid riski ilə üz-üzə

ABŞ Prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahuya münasibətdə səbrinin tükəndiyi bildirilir. Bu barədə Böyük Britaniyanın nüfuzlu The Times nəşri məlumat yayıb.

KONKRET.az xəbər verir ki, nəşrin mənbələrinə görə, Tramp hələ prezidentliyinin əvvəlindən Netanyahunu bəyənmədiyini gizlətməyib. Hazırda isə onun İsrail liderinə qarşı münasibəti daha da pisləşib və bu, Netanyahunun beynəlxalq arenada təcrid vəziyyətinə düşmək riski ilə üzləşdiyini göstərir.

The Times yazır ki, Trampın bu mövqeyi onun son dövrlərdə Şərq ölkələrinə etdiyi səfərlər zamanı daha da güclənib. Məlumata görə, ABŞ Prezidenti fələstinlilərin ağır humanitar vəziyyəti ilə bağlı səmimi şəkildə narahatdır və bu narahatlıq İsrailin siyasətinə olan münasibətinə təsir göstərir.

Analitiklər bildirirlər ki, əgər Vaşinqtonun dəstəyi zəifləyərsə, bu, Netanyahunun həm regional, həm də beynəlxalq səviyyədə daha ciddi təzyiqlərlə üzləşməsinə səbəb ola bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*